ÇÖL (BOZQIR)

ağacları olmayan sıx, müəyyən qədər kserofil səciyyəli ot bitkilərindən ibarət landşaft tipi. Torpağı qaratorpaq və şabalıdı olur. Taxılkimilər və quraqlığa davamlı müxtəlif otlar üstünlük təşkil edir. Subtropik və mülayim iqlimli və yayı az yığıntılı olan rayonlarda geniş yayılmışdır. степь steppe
ÇÖKÜNTÜTOPLANMADA FASİLƏ
ÇUXURVARİ (QAZANVARİ) KRATER
OBASTAN VİKİ
Bozqır
Çöl — əsasən düzənlik və alçaq təpəliklərdən ibarət olmaqla Yerin meşə zolağından cənuba doğru başlayır. Əsasən kserofil və mezokserofil ot bitkilərindən ibarət meşəsiz ərazidir. Çöllər üçün qara və şabalıdı torpaq səciyyəvidir. Çöllərin bitkiləri başlıca olaraq ağ ot, dovşanotu və s. dənli bitkilərdən ibarətdir. Heyvanlardan çöllərdə gəmiricilər daha çox yayılmışdır. Çöl əsasən mülayim qurşaqlarda yerləşir.Bu ərazilərin əsas heyvan növlərinə mülayim və subtropik enliklərdə antilop,dəvə,sürünənlərdən kərtənkələ,ilan,həşəratlardan isə əqrəb aiddir.Çöllərdə ot örtüyü üstünlük təşkil edir..
Çöl
Çöl — əsasən düzənlik və alçaq təpəliklərdən ibarət olmaqla Yerin meşə zolağından cənuba doğru başlayır. Əsasən kserofil və mezokserofil ot bitkilərindən ibarət meşəsiz ərazidir. Çöllər üçün qara və şabalıdı torpaq səciyyəvidir. Çöllərin bitkiləri başlıca olaraq ağ ot, dovşanotu və s. dənli bitkilərdən ibarətdir. Heyvanlardan çöllərdə gəmiricilər daha çox yayılmışdır. Çöl əsasən mülayim qurşaqlarda yerləşir.Bu ərazilərin əsas heyvan növlərinə mülayim və subtropik enliklərdə antilop,dəvə,sürünənlərdən kərtənkələ,ilan,həşəratlardan isə əqrəb aiddir.Çöllərdə ot örtüyü üstünlük təşkil edir..
Bozqır belibağlısı
Çöl belibağlısı (lat. Circus macrourus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin belibağlı cinsinə aid heyvan növü. == Kateqoriya və statusu == (III-VU). Həssas, sayı azalmaqda olan növdür. == Qısa təsviri == Qarğadan az böyük, amma zərif qamətli quşdur. Erkəyinin bel tərəfi mavi-boz, döşü və qarın hissəsi ağdır. Üz dairəsi bayquşu xatırladır, özü isə qağayıya oxşayır. Qanadlarının altı təmiz ağdır. Dişisinin bel tərəfi tutqun rənglidir. == Yayılması == Avropada və Asiyada nəsil verir, Asiyanın cənubunda və Afrikada qışlayır.
Bozqır haçaquyruğu
Bozqır haçaquyruğu (lat. Glareola nordmanni) — fəsiləsinin Haçaquyruq cinsinə aid quş növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (CR). Mənfi antropogen təsirlərdən kritik vəziyyətdədir. == Genofond əhəmiyyəti == Azərbaycanda cinsin 2 növündən biridir. == Qısa təsviri == Quyruğunun haçası çəmənlik haçaquyruğuna nisbətən dərindir. Ümumi rəngi tünddür. Qanadlarının altı qaradır. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb.
Bozqır marmotu
Bozqır marmotu (lat. Marmota bobak) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Bozqır pişikquyruğu
Bozqır pisikquyruğu lat. Phleum phleoides L. — 30–50 60 sm hündürlüyündə sıx çim əmelə gətirən taxıllar fəsiləsinin çoxillik ot bitkisidir. == Bozqır pisikquyruğu == Torpaqların səthində nəmlik kifayət qədər olduqda sıx örtük əmələ gətirirlər. Bioloji- təsərrüfat baxımından bir sıra yüksək göstəricilərə malik olması (ilkin yazda tez boy atması, quraqlığa davamlılığı, torpağa az tələbkar olması) bu bitkinin qiymətli ot bitkisi olduğunu bir daha sübut edir. Bioloji rekultivasiya mərhələsində bundan əvvəlki ot bitkiləri ilə sıx cəngəllik əmələ gətirə bilirlər. Payızda vegetasiyaya başlayaraq ilkin yazda yaşıl kütlə halında yüksək məhsuldarlığa (180 s/ha) malik olurlar.
Bozqır qartalı
Bozqır qartalı (lat. Aquila rapax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. == Qısa təsviri və yayılması == İri qartaldır. Rəngi qonurdur. Burun dəlikləri ovaldır. Səsi boğunuq çıxır. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda miqrantdır. Burada Xəzər sahili boyunca uzanan düzənlik sahələrdə təsadüf olunur. Mart-aprel və sentyabr oktyabr aylarında görünür.
Bozqır sarı
Çöl sarı (lat. Buteo rufinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü. == Kateqoriya və statusu == (II-EN). Təhlükə altındadır. Məhdud ərazidə qalıb. == Qısa təsviri == Qarğadan böyük yırtıcıdır. Qanad lələklərinin dibi ağdır, havada uçarkən aydın görünür. Bel tərəfi açıq-qonur, qarın tərəfi kürəndir. Qanadlarının tinində (əyrisində) tünd rəngli böyük ləkə var (uzaqdan görünür). == Yayılması == Avropa, Asiya və Şimali Afrikada yayılıb.
Meşə bozqır və bozqır bitkiliyi
Bozqır Ümumi Qubernatorluğu
Bozqır general-qubernatorluğu (rus. Степное генерал-губернаторство) və ya Bozqır diyarı (rus. Степной край) — Rusiya imperiyasının ümumi qubernatorluqlarından biri olmuşdur. == Haqqında == Bozqır general-qubernatorluğu 18 (30) may 1882-ci ildə Akmola və Semipalatinsk bölgələrinin bir hissəsi olaraq İdarəetmə Senatına verilmiş qeydə alınmış ən yüksək fərmanla quruldu. Bozqır general qubernatorunun köməkçisi vəzifəsi qurulmamışdı. Qubernatorluq bugünkü Qazaxıstan və Qırğızıstanın şərqini əhatə edirdi və mərkəzi Omsk idi. Qubernatorluq 1882-ci ildə Qərbi Sibir general-qubernatorluğunun yerinə qurulmuş və 1918-ci ildə ləğv edilmişdir. 1882-ci ildə müharibə naziri P. S. Vannovskinin təşəbbüsü ilə Rusiya ilə Çin arasında həmsərhəd olan ərazilərin vahid bir qubernatorluğa birləşdirilməsinin zəruriliyi ilə əlaqədar olaraq yaradılmışdır. Qubernatorluğun yaradılması ilə Qərbi Sibir general-qubernatorluğu ləğv edilmiş, oradan Akmola və Semipalatinsk vilayətləri köçürüldü. Yeni general-qubernatorluğun tərkibinə daxil olan üçüncü bölgə əvvəllər Türkistan general-qubernatoruna tabe olan Semireçye vilayəti idi.
Bozqır general-qubernatorluğu
Bozqır general-qubernatorluğu (rus. Степное генерал-губернаторство) və ya Bozqır diyarı (rus. Степной край) — Rusiya imperiyasının ümumi qubernatorluqlarından biri olmuşdur. Bozqır general-qubernatorluğu 18 (30) may 1882-ci ildə Akmola və Semipalatinsk bölgələrinin bir hissəsi olaraq İdarəetmə Senatına verilmiş qeydə alınmış ən yüksək fərmanla quruldu. Bozqır general qubernatorunun köməkçisi vəzifəsi qurulmamışdı. Qubernatorluq bugünkü Qazaxıstan və Qırğızıstanın şərqini əhatə edirdi və mərkəzi Omsk idi. Qubernatorluq 1882-ci ildə Qərbi Sibir general-qubernatorluğunun yerinə qurulmuş və 1918-ci ildə ləğv edilmişdir. 1882-ci ildə müharibə naziri P. S. Vannovskinin təşəbbüsü ilə Rusiya ilə Çin arasında həmsərhəd olan ərazilərin vahid bir qubernatorluğa birləşdirilməsinin zəruriliyi ilə əlaqədar olaraq yaradılmışdır. Qubernatorluğun yaradılması ilə Qərbi Sibir general-qubernatorluğu ləğv edilmiş, oradan Akmola və Semipalatinsk vilayətləri köçürüldü. Yeni general-qubernatorluğun tərkibinə daxil olan üçüncü bölgə əvvəllər Türkistan general-qubernatoruna tabe olan Semireçye vilayəti idi.
Meşə-çöl
Meşə-çöl — Şimal yarımkürəsinin təbii zonası, meşə və çöl sahələrinin birləşməsi ilə xarakterizə olunur. Avrasiyada meşə-çöllər, Karpatların şərq ətəklərindən Altayadək qərbdən şərqə davamlı bir zolaq olaraq uzanır. Rusiyada meşə zonası ilə sərhəd, Kursk və Kazan kimi şəhərlərdən keçir. Bu zolağın qərbindən və şərqindən, meşə-çölün davamlı uzanması dağların təsiri ilə kəsilir. Meşə çöllərinin ayrı-ayrı bölmələri Ortadunay düzənliyində (Macarıstan Pustası), Cənubi Sibir, Şimali Qazaxıstan, Monqolustan və Uzaq Şərqin bir sıra dağətəyi hövzələrində yerləşir, həm də Çinin şimal-şərqindəki Sunlyao düzənliyinin bir hissəsini tutur . Şimali Amerikada meşə-çöllər şimaldan cənuba, Böyük Düzənliklərdən keçərək 38 ° ş.e-ə qədər uzanır. Meşə-çöllərin iqlimi mülayim, adətən mülayim isti və qışı mülayim sərin keçir. Yağışıntıdan bir qədər çox buxarlanma müşahidə edilir. Cənuba doğru hərəkət edərkən, meşə-çöl tədricən daha az ağac və daha çox çöl sahələrini əhatə edir. İqlim istiləşir, yağıntı azalır və meşə-çöl tədricən səhraya keçir.
Vəhşi çöl
Vəhşi çöl (rus. Дикое поле) — Qara və Azov dənizi ətrafı tarixi çöl əraziləri. Qərbdən Dnestr çayı ilə, şərqdən isə Don və Xoper çayları ilə həmsərhəddir. Ərazi əhalinin az məskunlaşdığı bölgə hesab olunur. Reç Pospolitaya məxsus, Levasser de Boplanın (Guillaume Le Vasseur de Beauplan) tərtib etdiyi xəritədə ilk dəfə olaraq (1648) "Vəhşi çöl" (Dzike Polie) sözü istifadə edilmişdir. Ərazini məhsuldar olmayan torpaqlarına görə belə adlandırmışdılar. Bəzən sinonim kimi (lat.. Loca deserta) sözündən də istifadə olunurdu. Vəhşi çöl ümumi qəbul edilmiş dəqiq sərhədlərə malik deyildi. Müasir dövrdə bu bölgəyə Ukraynanın Luqansk, Donetsk, Zaporojiya, Dnepropetrovski, Kirovoqrad, Nikolayev, Odessa, Poltava, Sumı, Xarkov və Xerson vilayətləri, Dnestryanı və Rusiyanın Belqorod, Lipetsk, Tambov, Penza, Voronej, Saratov, Volqoqrad, Rostov vlayətləri daxildir.
Çöl-Ərəb
Çöl Ərəb — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Muradxan inzibati ərazi dairəsinə daxildir. Çöl Ərəb oyk. Kürdəmir r-nunun Muradxan i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim çöl (düzənlik) və Ərəb (etnotoponim komponentlərindən düzəlib, "düzənlikdə yerləşən Ərəb kəndi" mənasındadır. Toponimin tərkibindəki birinci komponent yaşayış məntəqəsini keçmişdə bu ərazidə mövcud olmuş çoxsaylı ərəb komponentli (Ərəb Qaradağ, Ərəb Çəltikçi, Ərəb Sarvan, Ərəb Mehdibəy və b.) kəndlərdən fərqləndirməyə xidmət edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 526 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çöl Ağaməmmədli
Çöl Ağaməmmədli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Sabirabad rayonunun Əlilambəyli inzibati ərazi vahidində kənd. Muğan düzündədir. Yaşayış məntəqəsini İmişli rayonunun Ağaməmmədli kəndindən ayrılmış ailələr salmışlar. Oykonim çöl (bayır, əsas kənddən aralı) və Ağaməmmədli (əvvəlki yaşayış yerinin adı) komponentlərindən düzəlib. "kənardakı Ağaməmmədli kəndi" deməkdir.
Çöl Beşdəli
Çöl Beşdəli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Sabirabad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Muğan düzündədir. Oykonim çöl və Beşdəli (etnotoponim) komponentlərindən düzəlib, "kənarda olan Beşdəli kəndi" deməkdir. Burada çöl komponenti yaşayış məntəqəsini rayonun ərazisindəki Beşdəli adlı kənddən fərqləndirməyə xidmət edir. Yavər Camalov – Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri.
Çöl Dəllək
Çöl Dəllək — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 365 nəfərdir (2009).
Çöl Göylər
Çölgöylər, Göylərçöl — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Göylər Çöl kəndi rayon mərkəzindən 25 km cənubda, Ləngəbiz silsiləsinin ətəyindədir. Oykonimin birinci komponenti Səlcuq oğuzlarının salor tayfasına mənsub göglər qolunun adını əks etdirir, ikinci komponent isə kəndin düzənlikdə yerləşdiyini göstərir. XIX əsrin ortalarına aid hadisələri əks etdirən mənbələrin məlumatına görə, Pirmərdəkan dağında yarımköçəri həyat keçirən 96 ailəli göylər tayfasından bir hissəsinin dağlıq zonada, digər hissəsinin isə düzənlikdə (collükdə) məskunlaşması nəticəsində iki kənd yaranmışdır. Oykonim "düzənlikdə olan Göylər kəndi" deməkdir. 1981-ci ildə 400 nəfər əhalisi olmuşdur. İbtidai və səkkizillik məktəb, tibb məntəqəsi, Şeyx Tair türbəsi, tarixi abidələrdən çoxtəbəqəli "Təpədibi" yaşayış yeri, Pirəbğdad türbəsi, qəbiristan, "Qalacıq" yaşayış yeri var. Əhali əsəsən kənd təsərrüfatı, əkinçilik və maldarlıqla məşğul olur.
Çöl Qubalı
Çöl Qubalı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Çöl Qubalı oyk. Kürdəmir r-nunun Ərəbqubalı i.ə.v.-də kənd. Şirvan düzündədir. Toponimin birinci komponenti keçmişdə burada mövcud olmuş İçəri Qubalı kənd adının birinci komponentinin qarşılığıdır və "kənar" mənasındadır. Toponimin ikinci komponenti isə, mütəxəssislərin fikrincə, ərəbkufəli etnoniminin təhrif olunmuş formasıdır. Ərəb işğalları dövründə (VII əsr) İraqın Kufə mahalından köçürülmüş tayfalardan biri olan ərəb-kufəlilər bu ərazidə məskunlaşmışdılar. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1027 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çöl aslanı
Səhra aslanı (ing. Lion of the Desert) — Liviyanın xalq qəhrəmanı Ömər Muxtarın İtaliya müstəmləkəçiliyinə qarşı mübarizəsindən bəhs edən 1981-ci il ABŞ-Liviya birgə istehsalı dramatik döyüş filmi. Prodüserliyini və rejissorluğunu ərəb əslli ABŞ-lı kinematoqraf Mustafa Akkadın etdiyi filmin əsas rollarında Anthony Quinn, Oliver Reed, Irene Papas, Rod Steiger, John Gielgud və Raf Vallone oynamışdır. Filmin əsas musiqisi Maurice Jarreyə aiddir. Gerçək hadisələrə əsaslanan bu bioqrafik, epik filmdə 1929-cu ildə İtaliyada iqtidarda olan faşist diktator Benito Mussolininin Böyük Roma İmperiyasını yenidən qurma planlarının bir parçası olaraq Liviyanı müstəmləkələşdirmək üzrə bu Şimali Afrika ölkəsinə göndərdiyi güclü ordularının, Ömər Muxtar liderliyindəki Liviya xalqının inadkar müqaviməti qarşısında heç gözləmədikləri ağır itkilərə uğramaları izah edilməkdədir. Filmi Liviya lideri Muəmmər Qəddafi maliyyəyələşdirmişdir. Tərcümə edildikdən bir il sonra dövrün İtaliya baş naziri Giulio Andreotti filmin İtalyan ordusunun qürurunu zədələyici fraqmentlər ehtiva etdiyini ifadə etmiş və bunun üzərinə film 1982-ci ildə İtaliyada qadağan edilmişdi. 1988-ci ildən etibarən filmin İtaliyada bəzi festivallarda qeyri-qanuni olaraq göstərilməsinə hökumət tərəfindən göz yumulmuşdu. Filmin rejissoru 1930-cu ildə Hələbdə (Suriya) doğulan Mustafa Akkad uzun illər ABŞ-da prodüserlik və rejissorluq etmişdir. Hellovin filmlərinin babası olaraq da xatırlanan Akkad 2005-ci ildə İordaniyada məruz qaldığı bombalı terror hücum nəticəsində həyatını itirmişdir.
Çöl ağcaqayını
Çöl ağcaqayını (lat. Acer campestre) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. Hündürlüyü 15 m-yə qədər olan enli çətirli ağac və yaxud ağacşəkilli hündür koldur. Gövdəsinin qabığı qonura çalan-boz rəngdə olub, uzununa çatlıdır. Yarpaqlarının uzunluğu 4-8 sm, eni 4-10 sm, küt 5-bölümlü, nadir hallarda 3-bölümlüdür, yarpağın qaidə hissəsi ürəkşəkillidir, nazikdir, üst tərəfədən tutqun tünd-yaşıl, alt tərəfədən isə daha açıqdır, sarımtıl-yaşıl rənglidir və tükcüklüdür və yaxud yalnız yarpaqların küncündə saqqalcıqlıdır. Saplaqları eynidir, yarpaq ayasından bir az uzun və ya qısadır. Çiçəkləri xırda, sarımtıl-yaşıl rəngdədir. Çiçək qrupunun oxu, çiçək saplağı, kasa yarpağı və ləçəklər (kənarları) tükcüklüdür. Qanadcıqlarının uzunluğu 2-4 sm-dir, üfüqi xətt üzrə yerləşmiş, bəzən qanadları oraqvari əyilmiş halda olur. Findiqca meyvələri çılpaq və ya yumşaq tükcüklüdür.
Çöl belibağlısı
Çöl belibağlısı (lat. Circus macrourus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin belibağlı cinsinə aid heyvan növü. (III-VU). Həssas, sayı azalmaqda olan növdür. Qarğadan az böyük, amma zərif qamətli quşdur. Erkəyinin bel tərəfi mavi-boz, döşü və qarın hissəsi ağdır. Üz dairəsi bayquşu xatırladır, özü isə qağayıya oxşayır. Qanadlarının altı təmiz ağdır. Dişisinin bel tərəfi tutqun rənglidir. Avropada və Asiyada nəsil verir, Asiyanın cənubunda və Afrikada qışlayır.
Çöl donuzu
Çöldonuzu və ya qaban (lat. Sus scrofa) — donuzlar fəsiləsindən gövşəməyən cütdırnaqlı məməli heyvan. Bədənin uzunluğu 130–175 sm, kütləsi 60–150 kq. Ayaqları qısa, nisbətən nazikdir. Qaban ölçüləri və proporsiyaları müxtəlifdir. Başı iri, pazşəkillidir. Baş bədənin 1/3 hissəsini təşkil edəcək qədər böyükdür. Başın ölçü və forması yeri qazmaq üçün əlverişlidir. Boyun əzələləri güclüdür. Gözləri xırdadır və nisbətən dərində yerləşir.
Çöl göyərçini
Çöl göyərçini (lat. Columba livia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü.
Çöl iqlimi
Quru və ya arid iqlim (lat. aridus – quru) — rütubət əmsalının vahiddan çox kicik olduğu, torpaqda rütubatin kəskin çatişmadğı iqlim şəraiti. Yayı isti və quru keçən illik yağıntının miqdarı isə 450 mm-dən artıq olmayan iqlimdir. Mülayim enliklərin çöllərində qış soyuq, subtropik və tropik zonaların çöllərində isə mülayim isti keçir. Təkcə tranzit çaylar (Nil, Amudərya və b.) arid iqlim zonasını kəsib keçir, az sulu çaylar isə axımsız göl və şoranlıqlar əmələ gətirirlər. Bitki örtüyü ya olmur, ya da çox seyrək və quraqlığa davamlı formalardan ibarətdir. Quru kövrək süxurlar küləklə asanca aşınır və alevrit hissəcikləri səhra hüdudlarından kənara aparılaraq, qumsal süxurda eol relyef formaları əmələ gətirir. Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.